İran ABŞ-ın Bəhreyndəki bazasına hücum edib
sizinxeber.az xəbər saytı

İran ABŞ-ın Bəhreyndəki bazasına hücum edib


İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın Qəşm adasındakı İran hərbi obyektinə endirdiyi zərbələrə cavab olaraq Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahına, eləcə də regional ölkədəki ABŞ hərbi hava bazasına raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.

APA xəbər verir ki, bu barədə İSNA xəbər agentliyi məlumat yayıb.

"Digər bir təcavüz aktı olaraq, ABŞ Qəşm adasının cənubunda İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus rabitə qülləsinə hava hücumu etdi. Bu təcavüzə cavab olaraq, regional ölkədə yerləşən onların hava bazası və vertolyot meydançası, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının qərargahı SEPAH Aerokosmik Qüvvələrinin raketləri və dronları ilə vuruldu", - məlumatda deyilir.

Oxşar xəbərlər

SEPAH Hərbi Hava Qüvvələrinin komandanı Əmirəli Hacızadə İsrailin hücumlarında öldürülüb
SEPAH son sutkada 26 gəminin Hörmüz boğazından keçdiyini bildirib
SEPAH Sərik adasına hücum xəbərindən sonra ABŞ hava bazasına zərbə endirdiyini bildirib
SEPAH: İran İsrailin enerji mərkəzlərinə və yanacaq obyektlərinə hücum edib
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər