Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumda iştirak edir
sizinxeber.az xəbər saytı

Azərbaycan nümayəndə heyəti Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumda iştirak edir


Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum keçirilir.

APA-nın Rusiya bürosu xəbər verir ki, forumda Azərbaycanı iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Forum çərçivəsində Elnur Əliyevlə Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor Şukin və Dağıstan Respublikası hökumətinin sədri Maqomed Ramazanov arasında işgüzar görüşlər keçirilib.

Azərbaycan Respublikası ilə Dağıstan Respublikası arasında ticarət, iqtisadi və investisiya əməkdaşlığının gücləndirilməsi ilə bağlı cari məsələlər müzakirə edilib. Azərbaycan və Dağıstan şirkətləri arasında kənd təsərrüfatı sektorunda əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Həmçinin Azərbaycan nümayəndə heyəti ilə Kareliya Respublikasının rəhbəri Artur Parfençikov arasında da işgüzar görüş keçirilib. Görüşdə ikitərəfli ticarət və investisiya əlaqələrinin inkişafına diqqət yetirilib.

Bildirilib ki, hazırda Azərbaycan və Kareliya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsi nəzərdən keçirilir.

Oxşar xəbərlər

İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir
Baş nazirin müavini Dağıstan Hökuməti sədrinin müavini ilə görüşüb
Azərbaycan nümayəndə heyəti Kazanda Beynəlxalq İqtisadi Forumda iştirak edib
Azərbaycan nümayəndə heyəti Kazanda Beynəlxalq İqtisadi Forumunda iştirak edib
Azərbaycanla Qvineya-Bissau arasında siyasi məsləhətləşmələrin ilk iclası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər