Fərid Osmanov: “Azərbaycanda rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik üzrə kadrlara tələbatı artırır”
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 76 %-i işlə təmin olunub.
“Report” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “Məzun Günü” tədbirində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkədə rəqəmsal inkişafın sürətlənməsi kibertəhlükəsizlik sahəsində ixtisaslı kadrlara olan tələbatı artırır:
“Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi bu sahədə peşəkar kadrların hazırlanması üçün fəaliyyətini davam etdirir. Bu gün dördüncü təlim proqramı çərçivəsində 100 nəfər məzun var. Ümumilikdə isə üç təlim proqramı üzrə 180 nəfər məzun olub. Hazırda ölkəmizdə kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafı və məzunların işlə təmin olunması istiqamətində fəal iş aparılır”.
Oxşar xəbərlər
Azərbaycan və Türkiyə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir
Sahib Ələkbərov: "Yaşıl iqtisadiyyat" və kibertəhlükəsizlik məsələləri balanslaşdırılmalıdır"
Polşa rəsmisi: "Kompüterdən istifadənin populyarlaşması fonunda bəzi çağırışlar var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
