Polşa rəsmisi: "Kompüterdən istifadənin populyarlaşması fonunda bəzi çağırışlar var"
sizinxeber.az xəbər saytı

Polşa rəsmisi: "Kompüterdən istifadənin populyarlaşması fonunda bəzi çağırışlar var"


Kompüterlərdən istifadənin populyarlaşması fonunda mümkün təhlükələrlə əlaqədar bəzi çağırışlar var.

"Report" xəbər verir ki, bunu Polşanın Azərbaycandakı missiyasının rəhbəri Mixal Qreçilo Bakıda ''Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik'' mövzusunda keçirilən ''Beynəlxalq Kibertəhlükəsizlik Günləri'' (ICSD-2024) konfransında bildirib.

"Kibertəhlükəsizlik hazırda aktual mövzudur, çünki sürətlə dəyişən dünyada yaşayırıq. Kompüterlərdən istifadənin populyarlaşması ilə bağlı təhlükələrlə əlaqədar çağırışlar həm də böyük imkanlar yaradır. Biz seçim etməli və bu imkanlardan istifadə edərək kibertəhlükəsizlik istiqamətində düzgün addım atmalıyıq", - deyə o qeyd edib.

Polşa rəsmisi qonaq ölkəsinin kibertəhlükəsizlik sahəsini tənzimləmək haqqında düşündüyünü də deyib: "Vurğulamaq istərdim ki, təhlükəsiz və davamlı rəqəmsal inkişaf Polşa üçün vacib məqsəddir. Bizim üçün çox vacibdir ki, bu sahə ilə bağlı hazırladığımız qaydalar təcrübədə işləsin. Çünki tənzimləmə ilə bağlı fikirlərin hər kəs üçün aydın olması mühüm əhəmiyyət kəsb edir".

Oxşar xəbərlər

Səfir: "Ukrayna kibertəhlükəsizliklə bağlı yeni infrastruktur yaradıb"
Kibercinayətkarlığın qlobal iqtisadiyyata vurduğu ziyanın məbləği açıqlanıb
Sahib Ələkbərov: "Yaşıl iqtisadiyyat" və kibertəhlükəsizlik məsələləri balanslaşdırılmalıdır"
Azərbaycan və Türkiyə kibertəhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirir
Növbəti Azercell mütəxəssisi kibertəhlükəsizlik üzrə yarışmada birinci oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle