Azərbaycana ən çox gətirilən smartfon markaları açıqlanıb - TOP-10
Bu ilin sentyabr ayında Azərbaycana ən çox idxal edilən mobil cihaz markaları açıqlanıb.
Bu barədə "Sizinxeber.az-Economics"in sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında “AzInTelecom” MMC-dən məlumat verilib.
Bildirilib ki, ay ərzində fərdi istifadə üçün ölkəyə ən çox gətirilmiş və “AzInTelecom” MMC-nin Mobil Cihazların Qeydiyyat Sistemi tərəfindən qeydiyyata alınmış mobil cihazlar aşağıdakı markalara aid olub:
1. “Apple”
2. “Samsung”
3. “Xiaomi”
4. “Huawei”
5. “Oppo”
6. “Tecno Telecom”
7. “Infinix Technology”
8. “Shangai Hezhou Cominication”
9. “Quectel Wireless Soliton”
10. “SimCom”
Qeyd edək ki, cari ilin yanvar-avqust ayları ərzində ölkəyə 251 milyon 717 min dollar dəyərində 904 min 782 ədəd smartfon idxal edilib.
Oxşar xəbərlər
“AzInTelecom” tərəfindən 23 minə yaxın IMEI koda “klon” statusu verilib
“SİMA İmza” beynəlxalq mükafata layiq görülüb
“AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb
Avropa Liqasında Liqa mərhələsinin I turunun oyunları keçirilib
“Birbank” Ani Ödənişlər Sisteminə qoşulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













