“SİMA İmza” beynəlxalq mükafata layiq görülüb
- 24-10-2024, 09:50
- İKT
- 0
- 1 131
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC Böyük Britaniyanın “The Global Economics” jurnalı tərəfindən beynəlxalq mükafata layiq görülüb.
“Sizinxeber.az-Economics” xəbər verir ki, “AzInTelecom” MMC-yə məxsus “SİMA İmza” mobil tətbiqi jurnal tərəfindən keçirilən səsvermədə ilin ən yaxşı biometrik rəqəmsal imza tətbiqi seçilib. Mükafat 2025-ci ilin yanvar ayında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək mərasimdə “AzInTelecom” MMC-nin rəsmi nümayəndəsinə təqdim olunacaq.
Qeyd edək ki, “The Global Economics” Böyük Britaniyada yerləşən maliyyə nəşri və biznes jurnalıdır. Jurnal dünyada biznes və maliyyə sektorlarına dair ətraflı araşdırmalar həyata keçirir. 2019-cu ildən etibarən hər il biznes sektorunda uğurlu fəaliyyətə malik şirkətləri müəyyən edərək “Global Economics” proqramı çərçivəsində mükafatlandırır.
Məlumat üçün bildirək ki, “SİMA İmza” mobil tətbiqi 2022-ci ildə yaradılıb. 2024-cü ildə tərəfdaşlarının sayını 60-a çatdıran “SİMA İmza” tətbiqinin hüquqi şəxs həlli istifadəyə verilib. Bir çox hökumət portallarına, bank və maliyyə təşkilatlarına, özəl qurumlara inteqrasiyası tamamlanıb. Bu il “SİMA İmza” tətbiqinin yüklənilmə sayı 2,5 milyonu ötüb. “Digital Login” vahid giriş sistemi üzərindən 140-dan çox elektron xidmətə “SİMA İmza” ilə məsafədən əlçatanlıq təmin edilib.


width="220" alt="“Mynumber.az”da istədiyin nömrəni “SİMA İmza” ilə sifariş et" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />