Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri 6%-dən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri 6%-dən çox artıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 608,6 milyon manat təşkil edib.

"Sizinxeber.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 67,7 %-i əhali sektorunun payına düşüb.

Təkcə fevralda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 292,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,3 % çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 8,7 % artaraq 3 milyard 989 milyon manat olub.

Oxşar xəbərlər

Azərbaycanın informasiya və rabitə sektoruna investisiya qoyuluşu 37 %-ə yaxın artıb
Naxçıvanda informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 3 %-ə yaxın artıb
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 % artıb
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 7 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər