Asiya fond bazarları ABŞ-İran razılaşması gözləntiləri fonunda yüksəlib
Asiya-Sakit okean regionunun əsas fond indeksləri ticarət sessiyasını yüksəlişlə başa vurub.
“APA-Economics” xəbər verir ki, ABŞ və İran arasında mümkün sülh razılaşmasına dair xəbərlər və Hörmüz boğazında vəziyyətin normallaşacağına dair gözləntilər investorların risk iştahını artırıb. Bu fonda region bazarlarında alışlar güclənib.
Yaponiyanın Nikkei 225 indeksi 5,41% və ya 3 573,59 bənd artaraq 69 593,63 bəndə yüksəlib. Ölkənin digər əsas göstəricisi olan “TOPIX” indeksi isə 3,62% bahalaşaraq 4 022,34 bəndə çatıb.
Honkonqun Hang Seng indeksi 0,74% artaraq 24 900,23 bənd, Çinin CSI 300 indeksi 1,48% yüksələrək 4 847,98 bənd təşkil edib. Avstraliyanın S&P/ASX 200 indeksi də 1,36% bahalaşaraq 8 923,40 bənd səviyyəsində qərarlaşıb.
Region üzrə geniş bazarı əhatə edən “MSCI AC Asia Pacific” indeksi 2,75% artaraq 271,67 bənd olub.
Oxşar xəbərlər
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub
Qlobal fond bazarlarının əsas indeks göstəriciləri
ABŞ və Avropa bazarları Yaxın Şərqdəki gərginlik fonunda geriləyib
Dünya bazarlarının əsas indeks göstəriciləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
-
"Yüksəliş" müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
-
Konqoda Eboladan ölənlərin sayı 150-yə çatır
-
Mirzoyan Lüksemburqda Aİ-nin iclasına qatılacaq
-
Nyu-Yorkda çempionluq sevinci faciə ilə nəticələnib, Tayms meydanında yeniyetmə güllələnib - FOTOLENT
-
Vuçiç: Mən nə Rusiya, nə də başqa bir ölkənin adamıyam
