Şahbaz Şərif: Pakistan Bakı və İrəvan arasındakı sülhə böyük əhəmiyyət verir
Pakistan Azərbaycan və Ermənistan arasındakı sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verir.
"Sizinxeber.az" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Pakistanın Baş naziri Şahbaz Şərifin parlament seçkilərində "Vətəndaş müqaviləsi" Partiyasının qələbəsi ilə əlaqədar Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanladığı təbrik məktubunda deyilir.
"Mən Pakistan-Ermənistan münasibətlərinin möhkəmləndirilməsi məqsədilə sizinlə əməkdaşlıq etmək imkanını səbirsizliklə gözləyirəm və vurğulamaq istərdim ki, Pakistan Azərbaycan və Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verir", - məlumatda bildirilib.
Şərif həmçinin bildirib ki, Ermənistanın Baş nazirinin yeni səlahiyyət müddətinin Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsinə, eləcə də iqtisadi inkişafa töhfə verəcəyinə ümid edir.
Oxşar xəbərlər
Ərdoğan və Şahbaz Şərif Paşinyanı təbrik ediblər
Şahbaz Şərif Çində rəsmi səfərdədir
İran Pakistan-Hindistan danışıqlarında vasitəçilik etməyə hazırdır
Pakistan Baş naziri Azərbaycana yola düşüb
Pakistan Baş naziri Hindistana təyyarə qəzası ilə əlaqədar başsağlığı verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Niderland probasiya sahəsində əməkdaşlıq edəcək
-
Gədəbəyə güclü yağış yağıb, dolu düşüb
-
Gəncədə kütləvi davada 7 nəfər xəsarət alıb
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
