Azərbaycan 5 ayda ixrac etdiyi azot gübrəsinin həcmini açıqlayıb
sizinxeber.az xəbər saytı

Azərbaycan 5 ayda ixrac etdiyi azot gübrəsinin həcmini açıqlayıb


Bu ilin yanvar-may aylarında Azərbaycandan 124 min 028,15 ton azot gübrəsi ixrac edilib.

"Report" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu ilin 5 ayında ixrac olunan azot gübrəsinin dəyəri 53 milyon 497,33 min ABŞ dolları təşkil edib.

Öən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 2,2 dəfə, həcmi isə 32,2 % azalıb.

Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında azot gübrəsinin payı 0,38 % təşkil edir. Bu ilin 5 ayının qeyri-neft sektoru üzrə ixracında payı isə 1,04 % təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 788 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 13 milyard 970 milyon ABŞ dolları ixracın, 6 milyard 818 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 31,6 % azalıb.

Karbamid (azot gübrəsi) Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki "SOCAR Karbamid" zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.

Oxşar xəbərlər

Azərbaycanın 4 ayda ixrac etdiyi azot gübrəsinin həcmi açıqlanıb
İki ayda Azərbaycan 4 milyon tona yaxın neft ixrac edib
Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib
Bu il Azərbaycan 20 milyon tondan çox neft ixrac edib
Azərbaycanın I yarımildə ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər