Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” tədbiri keçirib - FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin 19 nömrəli Yanğından Mühafizə hissəsində “açıq qapı günü” tədbiri keçirilib.
APA FHN-ə istinadən xəbər verir ki, “Azərbaycan Skautlar Assosiasiyasının” gənclər təşkilatının üzvləri üçün təşkil olunan “açıq qapı günü”ün keçirilməsində məqsəd təşkilatın üzvlərinin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına, yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.
“Açıq qapı günü” tədbirində iştirakçılara yanğınsöndürənlərin gündəlik rejim qaydaları və hissələrin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların gündəlik məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib.
Həmçinin, iştirakçılar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olub, fövqəladə hadisələr zamanı təhlükəsiz davranış qaydaları barədə məlumatlandırılıblar.
Maraqlı keçən tədbirdə suallar ətraflı cavablandırılıb.
Oxşar xəbərlər
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib
Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda “açıq qapı günü” keçirib
Dövlət Yanğından Mühafizə Xidməti uşaqlar üçün “açıq qapı günü” keçirib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
-
DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilməyib - YENİLƏNİB-3
-
ABŞ Prezidenti: “Hizbullah”la kiçik bir söhbət etməliyik
-
Moskva-Naxçıvan reysində qadın sərnişin təyyarənin qapısını tualetlə səhv salaraq açmağa cəhd edib
