Pentaqon üçüncü dəfə məxfilikdən çıxarılan UNO materiallarını yayımlayıb
ABŞ-nin Müharibə Nazirliyi uçan naməlum obyektlər - anomal hadisələr haqqında üçüncü dəfə məxfilikdən çıxarılan materialları yayımlayıb.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibi Şon Parnell açıqlama verib.
"Müharibə Nazirliyi üçüncü dəfə naməlum anomal hadisələr haqqında məxfilikdən çıxarılan və tarixi sənədləri yayımlayır. Kolleksiya WAR.GOV/UFO veb saytındadır və nazirlik davamlı olaraq əlavə sənədləri yayımlayacaq", - o qeyd edib.
Parnellin sözlərinə görə, portalın 8 may 2026-cı ildə istifadəyə verilməsindən bəri, dünya üzrə 1,7 milyarddan çox ziyarətçi qeydə alınıb.
Əvvəlki sənədlər kimi, bu materiallarda da UNO məlumatlarının yerdən kənar həyatın mövcudluğuna işarə edib-etmədiyi barədə nəticə çıxarılmayıb. Həmçinin, ABŞ hakimiyyət orqanlarının bu hadisələri milli təhlükəsizliyə təhdid hesab edib-etmədiyi də göstərilməyib.
Əvvəllər məxfi saxlanılan materialların açıqlanması üzrə qurumlararası layihədə Ağ Ev, Milli Kəşfiyyat Direktorunun İdarəsi, ABŞ Energetika Nazirliyi, FTB, NASA və digər orqanlar iştirak edirlər.
Pentaqonda vurğulanıb ki, açıqlanma ABŞ Prezidenti Donald Trampın naməlum anomal hadisələrlə bağlı hökumət materiallarının məxfiliyinin açılması ilə bağlı sərəncamına uyğun olaraq, şəffaflığı maksimum təmin etmək məqsədilə həyata keçirilir.
Oxşar xəbərlər
Pentaqon müntəzəm olaraq UNO-larla bağlı sənədləri dərc edəcək
Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib
KİV: Pentaqonun üçüncü məmuru məlumat sızıntıları səbəbindən vəzifədən uzaqlaşdırılıb
ABŞ Konqresində UNO-lar barədə məlumat verənlərə toxunulmazlıq təklif olunur
Pentaqon məxfi proqramları gizli saxlamaq üçün UNO haqqında dezinformasiya yayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
Azərbaycanda hissedilən zəlzələ olub - YENİLƏNİB-1
-
"Portu" Andre Silva ilə müqavilə imzalayıb
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
