Özbəkistan Hesablama Palatası 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq edəcək
Özbəkistan Hesablama Palatası dövlət maliyyə nəzarətinin səmərəliliyini artırmaq məqsədilə süni intellekt və rəqəmsal texnologiyaların audit prosesinə inteqrasiyasını sürətləndirir.
"Report" xəbər verir ki, bu barədə Özbəkistanın ali audit orqanının baş müfəttişi Xuşniddinxon Camalov İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Azərbaycan Hesablama Palatasının təşkilatçılığı ilə "Davamlı Regional İnteqrasiya üçün Rəqəmsal Dövlət Auditi" mövzusunda keçirilən tədbirdə bildirib.
Baş müfəttiş qeyd edib ki, son dövrdə ən əhəmiyyətli yeniliklərdən biri audit sisteminə süni intellekt texnologiyalarının daxil edilməsidir. "Bu istiqamətdə Hesablama Palatasında xüsusi Süni İntellekt və Rəqəmsal Transformasiya qrupu təsis olunub. Süni intellekt maraqlar toqquşmasının, əlaqəli tərəflərin və uyğunluq risklərinin müəyyənləşdirilməsində əhəmiyyətli funksiya daşıyır. Keçən ay Hesablama Palatasının süni intellekt platforması fəaliyyətə başlayıb. Bu platforma risklərin təhlili, anomaliyaların aşkar edilməsi və qərar qəbuletmə prosesində auditorlara köməklik göstərir. Süni intellekt auditorun əvəzedicisi deyil, onun potensialını gücləndirən vasitədir", - deyə X.Camalov vurğulayıb.
O həmçinin əlavə edib ki, gələn mərhələdə platformanın funksional imkanları daha da genişləndiriləcək, 15 yeni süni intellekt əsaslı risk təhlili istiqaməti tətbiq ediləcək və sistemin ümumi səmərəliliyi artırılacaq.
Oxşar xəbərlər
Hesablama Palatası auditdə süni intellektin tətbiqinə hazırlaşır
Nəsir Sadıqov: "Süni intellekt və bulud texnologiyaları dövlət auditində yeni imkanlar yaradır"
IsDB: Beynəlxalq audit platforması süni intellekt texnologiyaları əsasında hazırlanıb
Hesablama Palatası rəqəmsal dövlət auditinin inkişafı istiqamətində planlarını açıqlayıb
Muhammad Usman: "Ali audit qurumları texnoloji dəyişikliklərlə ayaqlaşmalıdır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qiymətli kağızlar bazarı ilə bağlı yeni qanunvericilik paketi təqdim ediləcək
-
SOCAR ilə ICD arasında Anlaşma Memorandumu imzalanıb
-
UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə üz-üzə gələcək
-
Ruben Amorim "Milan"ın baş məşqçisi olub
-
WSJ: ABŞ İrana neft ixracını dərhal bərpa etməyə icazə verəcək
-
Əlilliyi olan şəxslərin və digər həssas qrupların sosial xidmətlərə əlçatanlığı müzakirə edilib
