"PAŞA Bank"ın səhmləri üzrə hərracın tarixi açıqlanıb
sizinxeber.az xəbər saytı

"PAŞA Bank"ın səhmləri üzrə hərracın tarixi açıqlanıb


Sabah "Bakı Fond Birjası" QSC-də (BFB) "PAŞA Bank" ASC-nin 51,311 milyon manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hər birinin nominal dəyəri 27 manat, faktiki dəyəri isə 55 manat olan 932 926 ədəd səhm kütləvi təklif üsulu ilə yerləşdiriləcək. 13 aprel-12 iyun tarixlərində səhmlərə abunə yazılışı həyata keçirilib.

Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Qiymətli kağızlar tam yerləşdirilsə, "PAŞA Bank"ın nizamnamə kapitalı səhmlərin nominal dəyərinə uyğun olaraq 18,659 milyon manat artaraq 354,512 milyon manatdan 373,171 milyon manata çatacaq. Yeni investorlar Bankın səhmlərinin 5 %-nə sahib olacaqlar.

Oxşar xəbərlər

"Azərbaycan Beynəlxalq Bankı"nın yeni səhmlərinə tələb təklifdən 35 % az olub
“Azərbaycan Beynəlxalq Bankı” 100 milyon manatlıq istiqraz buraxır
"PAŞA Bank"ın Gürcüstandakı törəməsi maliyyə vəziyyətini açıqlayıb
"PAŞA Bank" maliyyə vəziyyətini açıqlayıb
"PAŞA Bank"ın Türkiyədəki törəməsi maliyyə vəziyyətini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər