Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir
Bu gün Bakıda "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı və Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin baş tərəfdaşlığı ilə IV Milli Kibertəhlükəsizlik Forumu keçirilir.
"Report" xəbər verir ki, ölkənin ən nüfuzlu kibertəhlükəsizlik platformalarından birinə çevrilmiş forum dövlət strukturlarını, özəl sektorun təmsilçilərini, beynəlxalq partnyorları, texnologiya şirkətlərini və sahə mütəxəssislərini vahid məkanda cəmləyərək kibertəhlükəsizlik sahəsindəki müasir çağırışların və gələcəyə dair perspektivlərin müzakirəsi üçün əhəmiyyətli əməkdaşlıq platforması yaradır.
Forumun başlıca hədəfi Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin inkişafına dəstək olmaq, dövlət və özəl sektor arasında tərəfdaşlıq əlaqələrini möhkəmləndirmək, həmçinin beynəlxalq təcrübənin və innovativ metodların mübadiləsini stimullaşdırmaqdır.
Tədbir zamanı kibertəhlükəsizlik sahəsində tanınmış beynəlxalq mütəxəssislərin, qabaqcıl qlobal İT və texnologiya şirkətlərinin rəhbərlərinin çıxışları planlaşdırılır. Forum çərçivəsində rəqəmsal transformasiya prosesində meydana çıxan yeni kiber təhdidlər, süni intellekt texnologiyalarının kibertəhlükəsizliyə göstərdiyi təsir, kritik infrastrukturun müdafiəsi, regional əməkdaşlıq perspektivləri və kibermüdafiə sahəsində çağdaş yanaşmalar geniş şəkildə müzakirəyə çıxarılacaq.
Oxşar xəbərlər
Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçiriləcək
İcraçı direktor: Milli Kibertəhlükəsizlik Forumunda 1500-dən çox iştirakçı qeydiyyatdan keçib
Fərid Osmanov: “Kibertəhlükəsizlik Mərkəzinin məqsədi gələcəyin mütəxəssislərini yetişdirməkdir”
Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib
İRİA: Azərbaycanda yerli kibertəhlükəsizlik məhsullarının inkişafı bu sahənin dayanıqlı inkişafını dəstəkləyə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
