Avropa ölkələri Aİ-ni rusiyalılara Şengen vizasının verilməsini sərtləşdirməyə çağırıb
sizinxeber.az xəbər saytı

Avropa ölkələri Aİ-ni rusiyalılara Şengen vizasının verilməsini sərtləşdirməyə çağırıb


Avropanın 11 ölkəsi Avropa Komissiyasını Rusiya vətəndaşları üçün viza siyasətini sərtləşdirməyə və rusların Şengen zonasına səyahət imkanlarını məhdudlaşdırmağa çağırıb.

"Sizinxeber.az"un Avropa bürosunun məlumatına görə, onlar bununla bağlı Avropa diplomatiyasının başçısı Kaya Kallas və miqrasiya məsələləri üzrə Avropa komissarı Maqnus Brunnerə məktub ünvanlayıblar.

Baltikyanı ölkələr, Çexiya, Danimarka, Finlandiya, Niderland, Polşa, İsveç və Şengen üzvlərinin, eləcə də Aİ üzvü olmayan İslandiya və Norveçin nazirlərinin məktubunda mövcud məhdudiyyətlərin qeyri-bərabər tətbiq olunduğu iddia edilir.

Ölkələr həmçinin Estoniyanın Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş Rusiya hərbçilərinin Şengen zonasına buraxılmaması təşəbbüsünü dəstəkləyiblər.

Yeni məhdudiyyətlərin əsas tərəfdarlarından biri İsveç olub.

Qaydaların sərtləşdirilməsi çağırışı rusiyalılara verilən Şengen vizalarının sayının artması fonunda səsləndirilib. "Schengen Barometer"in 2026-cı il üçün məlumatına görə, 2025-ci ildə Rusiya vətəndaşlarından daxil olan viza müraciətlərinin sayı bir il əvvəlki göstəriciyə nisbətən 8 % çox olub.

2025-ci ildə Rusiya vətəndaşlarına ən çox Şengen vizası verən Fransa, İtaliya və İspaniya olub.

Bu dövlətlər, eləcə də Cənubi Avropanın bəzi digər ölkələri rusiyalılara viza verilməsinin tamamilə qadağan edilməsini dəstəkləmirlər.

Oxşar xəbərlər

Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub
Babiş: Çexiya Rusiya hərbçilərinin Şengen ölkələrinə giriş qaydalarının sərtləşdirilməsi təşəbbüsünə qoşulub
Baş nazir: Rumıniya Şengen zonasına daxil olmağa hazırdır
Marqus Tsahkna Aİ-ni Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin qəbulunu sürətləndirməyə çağırıb
Fitso Aİ-ni miqrasiya siyasətini sərtləşdirməyə çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər