"Fintrend" BOKT-un xalis mənfəəti 45 %-ə yaxın azalıb
"Fintrend" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 1,129 milyon manat xalis mənfəətlə başa vurub.
"Sizinxeber.az" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 44,8 % azdır.
Ötən il "Fintrend"in vergiyəqədərki mənfəəti 982 min manat (əvvəlki ilə nisbətən 2,2 dəfə az), mənfəət vergisi ödəmələri üzrə qənaəti 147 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.
Bu il yanvarın 1-nə "Fintrend"in aktivləri 90,791 milyon manat olub ki, bu da illik müqayisədə 27,8 % çoxdur. Bunun 83,206 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 18,9 % böyüyüb.
Hesabat dövründə "Fintrend"in öhdəlikləri 29,7 % artaraq 81,465 milyon manata çatıb, balans kapitalı isə 16,4 % azalaraq 6,854 milyon manata düşüb.
Xatırladaq ki, "Fintrend" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 5 milyon manatdır. BOKT-un təsisçiləri 95 %-lik payla "Pro Trade Logistics DMCC" şirkəti və 5 %-lik payla Sahib Əliyevdir.
Oxşar xəbərlər
"Nas Project" BOKT-un xalis mənfəəti 11 % azalıb
MCB BOKT-un xalis mənfəəti 7 %-dən çox azalıb
"M Bulak" BOKT-un xalis mənfəəti 40 %-ə yaxın azalıb
"TCF" BOKT-un aktivləri 2 dəfədən çox azalıb
"İdeal Kredit" BOKT maliyyə vəziyyətini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
ABŞ İrana zərbələr endirdi
-
Bakıda ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
ABŞ səmasında dəhşətli partlayış: 300 ton trotil...
-
Putin ölümsüzlüyə hazırlaşır: 26 milyardlıq layihə...
