Vuçiç: Serbiya Aİ-yə üzvlüklə bağlı zəruri şərtləri yerinə yetirəcək
Serbiya Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının ikinci və üçüncü mərhələləri üçün zəruri şərtləri tezliklə yerinə yetirəcək.
"Sizinxeber.az" Serbiya mediasına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandr Vuçiç Avropa İttifaqı Şurasının sədri Antonio Koşta ilə danışıqlar zamanı bəyan edib.
Onun sözlərinə görə, korrupsiya ilə mübarizə əsas prioritetlərdən biridir.
Vuçiç həmçinin qeyd edib ki, ideyaların və gələcək planların açıq mübadiləsi Aİ-yə üzvlüyə can atan ölkə üçün müstəsna əhəmiyyət kəsb edir.
"Biz ortaq dəyərləri bölüşürük və Avropa İttifaqı ilə güclü iqtisadi əlaqələrimiz var. Aİ ilə ticarət 58 milyard avroya çatıb. Bu gün Qərbi Balkan ölkələrinin Avropa İttifaqına ümumi ixracının 57,1 %-i Serbiyanın payına düşür", - Vuçiç bildirib.
Öz növbəsində, Koşta bəyan edib ki, Belqrada səfərində məqsəd Serbiyanın Avropaya inteqrasiyasını dəstəklədiyini təsdiqləməkdir. O əlavə edib ki, genişlənmə Avropa üçün geostrateji zərurətdir.
Oxşar xəbərlər
Vuçiç: Ukrayna Avropa İttifaqına üzv olmağa ən yaxın namizəd ölkədir
Serbiya prezidenti: Avropa İttifaqına üzvlük yolumuz davam edəcək
Vuçiç: Almaniya Serbiyanın ən böyük xarici ticarət tərəfdaşıdır
Marko Curiç: Serbiya Avropa İttifaqına üzvlüyə sadiqdir
Serbiya və Rusiya prezidentləri sabah danışıqlar aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
