Overçuk: İrəvan Aİ ilə yaxınlaşmağa davam edərsə, Rusiya Ermənistana Aİİ çərçivəsində dəstək verməyəcək
sizinxeber.az xəbər saytı

Overçuk: İrəvan Aİ ilə yaxınlaşmağa davam edərsə, Rusiya Ermənistana Aİİ çərçivəsində dəstək verməyəcək


Əgər İrəvan Avropa İttifaqı ilə yaxınlaşmağa davam edərsə, Rusiya Ermənistana Avrasiya İqtisadi ittifaqı (Aİİ) və ya ikitərəfli müqavilələr çərçivəsində dəstək verməyəcək.

Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

O qeyd edib ki, Rusiya Ermənistan parlament seçkilərində kimin qalib gələcəyini görüb sonra tədbir görməli, qərar verməlidir. "Çünki Avropayönlü qüvvələr qalib gələrsə, bu, Ermənistanın Avropa İttifaqına doğru irəlilədiyi deməkdir və o zaman həqiqətən müvafiq tədbirlər görmək lazım gələcək".

Overçukun sözlərinə görə, Moskva gələcəyini Rusiya ilə müharibəyə hazırlaşan Avropa İttifaqında görən bir ölkəyə maliyyə dəstəyi verə bilməz.

"Niyə belə bir ölkəyə dəstək verməliyik? Sabah bizimlə döyüşə biləcəklərə pul verəcəyikmi?" - deyə o vurğulayıb.

Rusiya Baş nazirinin müavini xatırladıb ki, Rusiya hələ də Aİİ çərçivəsində Ermənistana qarşı öhdəliklərini qoruyur, lakin bunlar yenidən nəzərdən keçirilə bilər.

Overçuk vurğulayıb ki, liderlərin Astanada keçirilən Ali Avrasiya İqtisadi Şurasındakı bəyanatında Ermənistanın ittifaqdakı üzvlüyünün dayandırılması ehtimalının araşdırılması qeyd olunub: "Biz Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxmasını istəmirik".

Oxşar xəbərlər

Overçuk: Ermənistan Avrasiya İqtisadi İttifaqı və Aİ arasında seçim etməli olacaq
Overçuk: Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq
Rusiya hökuməti: Ermənistanın Avropa İttifaqı ilə ticarəti Avrasiya İqtisadi İttifaqından dəfələrlə azdır
Putin: Rusiya Ukrayna ərazisindən qaz tranzitindən imtina etmir
Lavrov: Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər