"Araz-Naxçıvan"ın qapıçısı Rövşən Hüseynli: "Mövsümün əvvəlində verilən vədlər yerinə yetirilmədi"
"Araz-Naxçıvan" sabiq qapıçısı Rövşən Hüseynli ilə büdcə səbəbindən yolları ayırıb.
35 yaşlı qolkiper bunu "Sizinxeber.az"a açıqlamasında deyib.
O, mövsümün əvvəlində klubun ona fərqli vədlər verdiyini deyib:
"Bu, tamamilə baş məşqçi Yevgeni Kukseviçin şəxsi fikridir. Onunla danışdım və mənə qərarın büdcə ilə bağlı olduğunu, mövcud maliyyənin əməkdaşlığı davam etdirməyə imkan vermədiyini söylədi. Mövsümün əvvəlində baş məşqçi ilə planlarımızı bu formada qurmuşduq və oturub bütün detalları müzakirə etmişdik. Hamıya məlum olduğu kimi, mən Qazaxıstan çempionatında çıxış edirdim və oynadığım klubdan həm qapıçı, həm də qapıçı məşqçisi kimi təklif almışdım. Həmin klubla uzunmüddətli müqaviləm var idi, sadəcə, Kukseviç mənə burada fərqli vədlər verdi. O, mənə uzunmüddətli və davamlı layihə barədə söz verdi, başqa detallara dair təminat yaratdı. Komandada qalmaqda maraqlı olduğum üçün bütün planlarımı bu yöndə qurdum və "Araz-Naxçıvan"a geri qayıtdım. Lakin sonda mənə verilən vədlər yerinə yetirilmədi".
R.Hüseynli qarşıdakı planları haqqında bunları deyib:
"Bu barədə hələ qərar verməmişəm. Çünki hələ gördüklərimi, eşitdiklərimi aydınlaşdırmağa çalışıram. İndi nəsə desəm, səhv qərar vermiş ola bilərəm".
Qeyd edək ki, "Araz-Naxçıvan" ötən gün Rövşən Hüseynli ilə yolları ayırıb.
Oxşar xəbərlər
Rövşən Hüseynli UEFA Çempionlar Liqasında çıxış etmək üçün “Araz-Naxçıvan”ı seçib
Qazaxıstan klubundan ayrılan Azərbaycan millisinin qapıçısı “Araz-Naxçıvan” və Avropa komandaları ilə danışıqlar aparır
Rövşən Hüseynli övladı dünyaya gəldiyi üçün yığma ilə Qazaxıstana gedə bilməyib
“Araz-Naxçıvan”ın qapıçısı Moldova millisinə dəvət alıb
"Qalatasaray"ın qapıçısı mövsümün sonunda karyerasını başa vuracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Metro və avtobus sərnişinlərinə ŞAD XƏBƏR
-
XİN: Azərbaycan-Ermənistan normallaşma və sülh prosesi müzakirə olunub – YENİLƏNİB
-
SOCAR beynəlxalq iştirakını genişləndirir və "upstream" layihələri üzrə strategiyasını transformasiya edir
-
Türkiyə Sudanda sülh üçün səylərini davam etdirəcək
-
SOCAR ilə "SLB" arasında əməkdaşlığın inkişafı müzakirə olunub
-
SOCAR ilə "Chevron" birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər
