Azərbaycan suveren dövlət xidmətləri internetdən asılı olmayacaq
Azərbaycan internetdən asılı olmayan suveren dövlət xidmətlərinin qurulması üzərində işləyir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov Bakıda keçirilən IV Milli Kibertəhlükəsizlik Forumu çərçivəsində panel müzakirələrində bildirib.
O qeyd edib ki, datanın ölkədə saxlanılması ön plandadır: "Artıq sanksiyalar, müharibələr fonunda hər bir dövlət bunlara qarşı daha dayanıqlı olmaq barədə düşünür. Hətta internetin kəsilməsi halında belə öz daxili infrastrukturnun internetini, kommunikasiyasını təmin edə bilsin. Lokal eksçeynclərin qurulması, internetdən asılı olmayan suveren dövlət xidmətləri ön plandadır. Məhz bu gün Xidmətimizin üzərində işlədiyi layihələrdən biri də internetdən asılı olmayan suveren dövlət xidmətlərinin qurulmasıdır. Yəni ölkədə internetin kəsilməsi halında belə bu dövlət xidmətləri vətəndaşlara, digər dövlət qurumlarına əlçatan olsun və işlək vəziyyətdə olsun. Hazırda bu istiqamətdə müəyyən işlər görülməkdədir".
Oxşar xəbərlər
Tural Məmmədov: "Azərbaycanda dövlət qurumlarına podratçı şəbəkələri vasitəsilə kiberhücumlar artır"
Bəzi qurumların dövlət qulluqçusu olmayan mülki işçilərinin maaşları artırılıb
Dövlət Təhlükəsizliyi Xidmətində kiber təhqiqat istiqaməti fəaliyyətə başlayıb
Tramp: Kanada tamamilə ABŞ-dən asılıdır və suveren dövlət ola bilməz
Çağrı Mərkəzi olmayan qurumların çağrı xidmətləri "108" Çağrı Mərkəzi ilə göstəriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
-
Nazir Anar Əliyev Beynəlxalq Əmək Konfransının sessiyasında çıxış edib
