Almaniya İsrailin Qəzzada nəzarət zonasını genişləndirmək planlarından narahatlığını ifadə edib
sizinxeber.az xəbər saytı

Almaniya İsrailin Qəzzada nəzarət zonasını genişləndirmək planlarından narahatlığını ifadə edib


Almaniya İsrailin Qəzza zolağının ərazisi üzərində nəzarəti genişləndirmək planlarından narahatlığını ifadə edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Ynet" portalı Almaniya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinə istinadən məlumat yayıb.

Portal bildirib ki, Almaniya XİN bu şəkildə İsrailin Baş naziri Benyamin Netanyahunun son bəyanatına cavab verib. Həmin bəyanatda Netanyahu İsrailin Qəzzanın ərazisinin 60 %-ni nəzarət altında saxladığını söyləyib.

"Biz 60 % səviyyəsində idik, mənim tapşırığım 70 % səviyyəsinə keçməkdir", - B. Netanyahu daha əvvəl bildirib.

"Ynet" qeyd edib ki, Almaniya İsrailin əsas müttəfiqlərindən biri olaraq qalır, lakin 2025-ci ildə İsrailin Təhlükəsizlik Kabineti Qəzza şəhərinin nəzarət altına alınması planını təsdiqləyəndən sonra Berlin regionda istifadə oluna biləcək silah ixracını dayandırıb.

Oxşar xəbərlər

Almaniya İsrailin ehtiyatda olan 60 min hərbçini səfərbər etmək planını pisləyib
"DPA": Almaniya İranla münaqişənin ilk həftələrində İsrailə silah ixracını təsdiqləyib
Netanyahu İsrailin Qəzzada döyüşləri dayandırmaq barədə xəbərləri təkzib edib
İsrailin Təhlükəsizlik Kabineti Qəzza zolağının tamamilə hərbi nəzarətə alınması təklifini qəbul edib - YENİLƏNİB
Netanyahu İsrailin Qəzzadakı kilsəyə zərbəsindən sonra Roma Papasına zəng edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər