"Platinum Wolf - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
sizinxeber.az xəbər saytı

"Platinum Wolf - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib


Azərbaycan hərbi qulluqçularının iştirakı ilə Serbiyanın Buyanovats şəhəri yaxınlığında "Platinum Wolf - 2026" beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də təlimə qatılan digər ölkələrin yüksək səviyyəli qonaqları iştirak ediblər.

Əvvəlcə beynəlxalq taktiki təlimin gedişatı, qarşıda duran tapşırıqları və mərhələləri barədə qonaqlara məlumat verilib, daha sonra təlim poliqonunda müxtəlif epizodlar praktiki olaraq yerinə yetirilib.

Komanda məntəqəsində təlimin gedişatını izləyən rəsmi nümayəndələr hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndiriblər.

Sonda təlimdə fərqlənənlərə mükafatlar təqdim olunub.

Qeyd edək ki, təcrübə mübadiləsinin aparılması, sülhməramlı əməliyyatların icrası zamanı tərəfdaş ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı uzlaşmanın gücləndirilməsi və hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən təlimdə Amerika Birləşmiş Ştatları, Azərbaycan, Birləşmiş Krallıq, Bosniya və Herseqovina, İtaliya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya və Yunanıstandan olan hərbi qulluqçular iştirak ediblər.

Oxşar xəbərlər

“Platinum Wolf - 2026” təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib - FOTO
"EFES - 2026" təlimində gecə mərhələsi keçirilib
Zakir Həsənov Serbiyaya səfər edib
Zakir Həsənov Ərdoğanla birgə "EFES-2026" hərbi təlimini izləyib
Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları "Heydər Əliyev-2026" birgə təlimində yüksək peşəkarlıq nümayiş etdiriblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər