Zakir Həsənov Serbiyaya səfər edib
sizinxeber.az xəbər saytı

Zakir Həsənov Serbiyaya səfər edib


Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyada rəsmi səfərdədir.

Bu barədə "Sizinxeber.az"a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfərin proqramına əsasən, Zakir Həsənov Serbiyanın müdafiə naziri Bratislav Qaşiç ilə görüşüb.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, səfər çərçivəsində müdafiə nazirinin Serbiyanın Buyanovats şəhəri yaxınlığında keçirilən "Platinum Wolf - 2026" beynəlxalq taktiki təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirakı planlaşdırılıb.

Oxşar xəbərlər

Zakir Həsənov Mərakeşdə işgüzar səfərdədir, hərbi əməkdaşlıq haqqında saziş imzalanıb
Zakir Həsənov türkiyəli həmkarı ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Qazaxıstanın müdafiə naziri Azərbaycanda səfərdədir
Zakir Həsənov Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə regional təhlükəsizliyi müzakirə edib
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər