Mourinyo rəsmi olaraq "Real Madrid"in baş məşqçisi təyin edilib
sizinxeber.az xəbər saytı

Mourinyo rəsmi olaraq "Real Madrid"in baş məşqçisi təyin edilib


Joze Mourinyo "Real Madrid" klubunun baş məşqçisi təyin edilib.

"Sizinxeber.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssislə müqavilə 2029-cu il iyunun 30-dək bağlanıb.

"Madridin "Real" klubunun bu gün, iyunun 11-i Florentino Peresin sədrliyi ilə keçirilən iclasında Direktorlar Şurası Joze Mourinyonu növbəti üç mövsüm üçün - 2029-cu il iyunun 30-dək birinci komandanın baş məşqçisi təyin etmək barədə qərar qəbul edib. J. Mourinyo "Real"a iyulun 13-də, mövsümqabağı hazırlığın başladığı gün qoşulacaq", - məlumatda bildirilib.

Daha əvvəl mütəxəssis 2010-cu ildən 2013-cü ilədək Madrid klubuna rəhbərlik edib. Mourinyo klubla İspaniya çempionatını və ölkə Kubokunu qazanıb.

Oxşar xəbərlər

Joze Mourinyo yenidən "Real"ın baş məşqçisi ola bilər
Mourinyo 2029-cu ilə qədər “Real”la müqavilə imzalayıb
Peres: Mourinyo kimi madridlinin geri dönməsindən qürur duyuruq
Peres: "Mourinyo kimi madridlinin geri dönməsindən qürur duyuruq"
Alonso "Real Madrid"ə baş məşqçi təyin olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər