Fransa Kaya Kallasın səlahiyyətlərinin artırılmasını təklif edib
sizinxeber.az xəbər saytı

Fransa Kaya Kallasın səlahiyyətlərinin artırılmasını təklif edib


Fransa Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) və onun rəhbəri Kaya Kallasın rolunun gücləndirilməsini təklif edib.

Bu barədə "Reuters" agentliyi iyunun 11-də Brüsseldə yayılmış və Aİ rəsmiləri ilə diplomatlarının mövqeyini əks etdirən sənədə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, islahatlarla bağlı üç variant təklif olunub. İlk iki variant xarici siyasət alətlərinin ya Avropa Komissiyasının, ya da Avropa İttifaqı Şurasının nəzarətinə verilməsini nəzərdə tutur.

Üçüncü variant isə daha geniş institusional islahat çərçivəsində Kaya Kallasın səlahiyyətlərinin artırılmasını təklif edir.

Bu halda Kallas Avropa Komissiyasında “birinci icraçı vitse-prezident” statusu alacaq və xarici əlaqələr, ticarət və iqtisadi inkişaf daxil olmaqla bir sıra sahələrə cavabdeh komissar və departamentlərin fəaliyyətinə rəhbərlik edəcək.

Sənəddə qeyd olunur ki, bu dəyişikliklər Kallasın Avropa Komissiyasındakı rolunu əhəmiyyətli dərəcədə gücləndirəcək. Hazırda o, Komissiyanın altı icraçı vitse-prezidentindən biridir və bir neçə istiqamət üzrə səlahiyyətləri digər rəsmilərlə bölüşür.

Oxşar xəbərlər

Avropa İttifaqının xarici siyasət mexanizminin yenidən qurulması gündəmə gəlib
Kaya Kallasın Azərbaycana səfər proqramı məlum olub - YENİLƏNİB
Kaya Kallas Mirzoyanla görüşüb
Kaya Kallas Səudiyyə Ərəbistanına səfər edəcək
Kaya Kallas: Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər