Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
sizinxeber.az xəbər saytı

Azərbaycan və Estoniya arasında növbəti siyasi məsləhətləşmələr keçirilib


Bakı şəhərində Azərbaycan və Estoniya Xarici İşlər nazirlikləri (XİN) arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan XİN-dən məlumat verilib.

Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Estoniya nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Martin Roger rəhbərlik edib.

Məsləhətləşmələr çərçivəsində Azərbaycan və Estoniya arasında siyasi əlaqələrin cari vəziyyəti nəzərdən keçirilib, ikitərəfli dialoqun davamlılığının təmin olunmasında qarşılıqlı səfərlərin və beynəlxalq platformalarda keçirilən görüşlərin rolu xüsusi qeyd edilib.

Estoniyanın Azərbaycanda səfirliyinin fəaliyyətə başlamasından məmnunluq ifadə edilib.

Görüş zamanı iqtisadi, humanitar və təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda, Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılan strateji enerji və nəqliyyat layihələri, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində görülən işlər, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə tədbirləri barədə müzakirələr aparıblar.

Bununla yanaşı, qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər də diqqət mərkəzində olub.

Oxşar xəbərlər

Azərbaycan və Estoniya XİN-ləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Estoniya arasında siyasi məsləhətləşmələr baş tutub
Azərbaycan və Almaniya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Finlandiya arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan - Litva əməkdaşlığının genişləndirilməsi nəzərdən keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər