Ukrayna və Estoniya müdafiə sahəsində əməkdaşlıq haqqında bəyannamə imzalayıb
Ukrayna ilə Estoniya təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında birgə bəyannamə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Estoniyanın Baş naziri Kristen Mixal ilə görüşünün yekunlarına dair sosial şəbəkələrdə məlumat yayıb.
"Bu gün ölkələrimiz həmçinin irəliyə doğru mühüm bir addım adıb: təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın möhkəmləndirilməsi haqqında birgə bəyannamə imzalanıb. Sənəd təcrübə mübadiləsi, müdafiə sənayesində və hava hücumundan müdafiə sahəsində əməkdaşlıq kimi qarşılıqlı fəaliyyət istiqamətlərini təsbit edir. Biz həmçinin "Drone Deal" formatında saziş üzərində işi davam etdiririk", - o yazıb.
Zelenski dəstəyə görə Estoniyaya təşəkkür edib və Tallinin PURL proqramına verdiyi töhfəni qeyd edib. O, həmçinin Estoniya tərəfini Ukraynanın hazırkı ehtiyacları barədə məlumatlandırıb.
Danışıqlar zamanı tərəflər Rusiyaya qarşı sanksiya təzyiqinin daha da gücləndirilməsini, eləcə də Ukraynanın Avropa İttifaqına daxil olması perspektivlərini müzakirə ediblər.
Oxşar xəbərlər
Ukrayna və Litva dron sahəsində saziş imzalayıb
Ukrayna və Norveç müdafiə tərəfdaşlığı haqqında bəyannamə imzalayıb - YENİLƏNİB
Zelenski: Ukrayna və Latviya dron sahəsində saziş imzalayıb
Zelenski Makronla HHM sahəsində əməkdaşlığı müzakirə edib
Zelenski: Ukrayna və Niderland birgə silah istehsalına başlayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Axşam içki içmisinizsə, səhər avtomobil idarə etdiyinizə görə cərimə oluna bilərsinizmi?
-
SON DƏQİQƏ! Bu bankda maaş kartlarından pul tutulmasına başlanıldı
-
ABA "Ticarət şəbəkələrinin inkişafı" ilə Anlaşma Memorandumu imzalayıb
-
Britaniya süni intellekt üçün superkompüterin yaradılmasına 1 milyard dollar yatırım edir
-
"Neftçi" iyunun 10-da Bakıda toplaşacaq, daha sonra Sloveniyaya yollanacaq
-
XİN: Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının hazırkı vəziyyəti müzakirə edilib - YENİLƏNİB
