ABŞ Kubanın neft şirkətinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Kubanın "Union Cuba - Petroleo" dövlət neft-qaz şirkətinə qarşı birtərəfli sanksiyalar tətbiq edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio "X" sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər prezident Donald Trampın müvafiq fərmanına uyğun olaraq tətbiq edilir.
"Kubanın kommunist elitaları energetikanı sosial nəzarət və kleptokratik qazanc alətinə çeviriblər.
Onilliklər boyu rejim əlçatan yanacağı oğurlayır və toplayırdı. Halbuki Kuba xalqı elektrik enerjisinin kəsilməsindən əziyyət çəkir və avtomobillərinə yanacaq doldurmaq imkanını həftələrlə gözləyirdi.
Prezident Tramp Kuba xalqı üçün daha böyük iqtisadi və siyasi azadlığı və imkanları olan yeni bir gələcək istəyir. O vaxta qədər isə biz kommunist rejiminin öz gündəliyini irəli aparmaq və Kuba xalqını amansızcasına əzmək üçün enerji ticarətindən istifadə imkanlarına zərbələr endirməyə davam edəcəyik", - Rubio yazıb.
Oxşar xəbərlər
Kuba hələ də ABŞ-a təhlükə yaradır - Rubio
"NBC News": Tramp Kubanın Vaşinqtonun təzyiqinə boyun əyməməsindən əsəbiləşib
Kubada etirazçılar Kommunist Partiyasının ofisinə hücum ediblər
ABŞ Kuba rəsmilərinə viza sanksiyaları tətbiq edib
ABŞ Kubanın sabiq prezidenti Raul Kastroya qarşı ittiham irəli sürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
