ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
ABŞ qüvvələri İranda bir neçə hədəfə qarşı hərbi əməliyyat həyata keçirib.
"Report" xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığı məlumat yayıb.
Qurumun açıqlamasına görə, zərbələr İranın əsassız və davamlı təcavüzkar hərəkətlərinə cavab olub: "Mərkəzi Komandanlıq qüvvələri Ali Baş Komandanın əmrlərinə əsasən, iyunun 10-da İrandakı bir neçə hədəfə əlavə zərbələr endirib".
Komanda əlavə edib ki, hücumlar İranın rabitə, hava hücumundan müdafiə və kəşfiyyat sistemlərini hədəf alıb.
ABŞ ordusu, Baş komandanın əmri ilə İrandakı hədəflərə əlavə zərbələr endirməyə başlayıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Şərq Sahil Vaxtı ilə saat 17:15-də (Bakı vaxtı ilə 11 iyun saat 01:15 - Qeyd) Ali Baş Komandanın əmri ilə Mərkəzi Komandanlıq qüvvələri İrandakı bir sıra hədəflərə qarşı özünümüdafiə məqsədilə əlavə zərbələr endirməyə başlayıb", - deyə bəyanatda bildirilib.
Fars əyaləti ərazisində partlayışlar baş verib, hava hücumundan müdafiə sisteminin işləməsi mümkündür.
"Report" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Qeyd olunub ki, partlayışlar şəhərin xaricində baş verib. Agentlik həmçinin Kiş adasından uzaqda partlayış səsləri barədə məlumat yayıb.
Bundan başqa Tehranın qərbində, ölkənin cənubundakı Sirik və Minab rayonlarında da partlayışlar barədə məlumatlar var.
Qeyd edək ki, ABŞ-nin hərbi naziri Pit Heqset bu gün İrana qarşı güclü zərbələr endiriləcəyini açıqlayıb.
Oxşar xəbərlər
Komandanlıq: ABŞ qüvvələri İrandakı hədəflərə əlavə zərbələr endirməyə başlayıb - YENİLƏNİB
ABŞ İrana zərbələr endirməyə başlayıb
İsrail HHQ İrandakı hərbi hədəflərə yeni zərbələr endirib
ABŞ Ordusu İrana zərbələrin başa çatdığını elan edib – YENİLƏNİB
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DSMF: 5 ayda 4,3 milyard manat pensiya, müavinət, təqaüd və ünvanlı yardım ödənilib
-
Azərbaycan BNF-nin tədqiqat layihəsindən əldə olunacaq təcrübənin ölkədə tətbiqini planlaşdırır
-
Birbank-dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
-
"Beşiktaş" PSJ-nin qapıçısı Luka Şevalye ilə maraqlanır
-
Pezeşkian: İran müharibə istəmir, lakin öz suverenliyini qoruyacaq
-
Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
