BƏƏ və İran müharibə başlayandan bəri ilk dəfə üzbəüz görüş keçiriblər
sizinxeber.az xəbər saytı

BƏƏ və İran müharibə başlayandan bəri ilk dəfə üzbəüz görüş keçiriblər


Birləşmiş Ərəb Əmirlikləri və İranın milli təhlükəsizlik sahəsində yüksəkvəzifəli rəsmiləri ABŞ-İsrail hərbi əməliyyatları başlayandan sonra ilk dəfə üzbəüz görüş keçiriblər.

Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüş bu həftə baş tutub və tərəflər arasında münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Agentlik qeyd edir ki, təşəbbüs əsasən Əbu-Dabidən gəlib və BƏƏ Tehranla münasibətlərin yumşaldılmasında maraqlıdır.

Hazırda BƏƏ rəhbərliyi iqtisadiyyat və təhlükəsizlik sahəsində mümkün riskləri minimuma endirməyə çalışır.

Oxşar xəbərlər

Müharibə başlayandan bəri BƏƏ və İran arasında ilk danışıqlar aparılıb
Bloomberg: 10 ölkə Ukraynaya qoşun göndərməyə hazırdır
XİN: İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir
ABŞ nümayəndə heyəti gələn həftə Ər-Riyadda Ukrayna rəsmiləri ilə görüşəcək
Müharibə başlayandan bəri ABŞ-dən İsrailə silah daşıyan 500 təyyarə reysi baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər