Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilib
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, tədnir Meksikanın paytaxtı Mexikodakı "Mexiko Siti Stadium"da təşkil olunub.
Rəngarəng şou proqramla yadda qalan mərasimdə məşhur musiqiçilər çıxış edirlər. İfaçılardan Şakira, Burna Boy, Cey Balvin, "Mana" qrupu, Tayla və Alexandro Fernandes açılış mərasiminə rəng qatırlar. Musiqili proqram tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Açılış mərasimindən sonra dünya çempionatının ilk qarşılaşması keçiriləcək. Ev sahibi Meksika millisi Cənubi Afrika Respublikası yığması ilə üz-üzə gələcək.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı tarixdə ilk dəfə üç ölkənin – ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə təşkil olunur. Mundial çərçivəsində daha iki açılış mərasimi baş tutacaq. Tədbirlər iyunun 12-də Kanadanın Toronto şəhərindəki "Toronto Stadium"da, 13-də isə ABŞ-nin Los-Anceles şəhərindəki "Los Angeles Stadium"da keçiriləcək.
Oxşar xəbərlər
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi başlayıb
DÇ-2026: Bu gün başlayacaq mundial tarixə yeniliklərlə düşəcək
Bu gün futbol üzrə dünya çempionatı başlayır
Bakıda "TeamGym" üzrə XV Avropa çempionatının açılış mərasimi keçirilib
Özbəkistan yığması ilk dəfə futbol üzrə dünya çempionatında oynayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Meksikada Dünya Kubokunun açılış günü yeddi böyük aksiya keçiriləcək
-
ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirib - YENİLƏNİB - 2
-
İran silahlı qüvvələrini tam döyüş hazırlığına gətirib
-
Paşinyan Ermənistan-Türkiyə dəmir yolunun ən qısa müddətdə açılmasına ümid edir
-
İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib
-
TƏBİB-in İcraçı direktoruna yeni müavin təyin edilib
