"EFES - 2026" təlimində gecə mərhələsi keçirilib
sizinxeber.az xəbər saytı

"EFES - 2026" təlimində gecə mərhələsi keçirilib


Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Özdərə hərbi düşərgəsində keçirilən "EFES - 2026" çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsini izləyib.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə qonaqlar tədbir çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Sərgisində nümayiş etdirilən hərbi silah və texnika nümunələri ilə tanış olublar.

Türkiyənin milli müdafiə naziri, Azərbaycan, Gürcüstan, Bosniya və Herseqovina müdafiə nazirləri, eləcə də digər yüksək səviyyəli müşahidəçilər gecə vaxtı şərti düşmən gəmisinin ələ keçirilməsi, sahil mühafizəsinin təşkili, helikopterlər vasitəsilə hava kəşfiyyatının və atəş dəstəyinin təmin edilməsi, artilleriya qüvvələri və digər bölmələr tərəfindən icra edilən müxtəlif tapşırıqların icrasını yüksək qiymətləndiriblər.

Qeyd edək ki, 50 ölkənin hərbi qulluqçularının qatıldığı təlimin əsas məqsədi genişmiqyaslı əməliyyatlar zamanı iştirakçı ölkələrin Quru qoşunları, Hərbi Dəniz və Hərbi Hava qüvvələrinin arsenalında olan silah və vasitələrdən birgə istifadə üsullarının və bacarıqlarının təkmilləşdirilməsidir.

Təlimdə həmçinin, hərbi kontingentlər arasında koordinasiyanın gücləndirilməsi, Taktiki Data Link (TDL) sistemlərinin effektiv istifadəsinin təmin edilməsi, hərbi əməliyyatlar zamanı kibertəhlükəsizlik qabiliyyətlərinin inkişaf etdirilməsi və ortaq kibertəhlükəsizlik anlayışının formalaşdırılması nəzərdə tutulub.

Oxşar xəbərlər

"EFES - 2026" təlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə mərhələsi keçirilib - FOTO
Azərbaycan hərbçiləri "EFES-2026" təlimində iştirak üçün Türkiyəyə yola düşüblər
Zakir Həsənov Yaşar Gülərlə görüşdü - Foto
"EFES - 2026": Azərbaycan hərbçiləri artilleriya və minaatanlardan atışlar icra ediblər
"EFES - 2026": General-leytenant Azər Əliyev təlim ərazisində yaradılan şəraitlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər