Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, ölənlər və yaralananlar var
sizinxeber.az xəbər saytı

Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, ölənlər və yaralananlar var


Son sutka ərzində Rusiyanın Ukraynanın Xarkov, Zaporojye və Sumı vilayətlərinə endirdiyi zərbələr nəticəsində üç nəfər həlak olub, 26 nəfər yaralanıb.

"Sizinxeber.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri və hüquq-mühafizə orqanları məlumat verib.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Rusiya qoşunları Xarkova və regionun 26 yaşayış məntəqəsinə zərbələr endirib. Hücumlar nəticəsində bir nəfər həlak olub, 15 nəfər, o cümlədən bir uşaq xəsarət alıb.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, sutka ərzində Rusiya qoşunları regionun 46 yaşayış məntəqəsinə 817 zərbə endirib. Kütləvi hücumlar nəticəsində 10 nəfər yaralanıb.

Ukrayna Milli Polisinin məlumatına görə, Sumı vilayətinin atəşə tutulması nəticəsində iki nəfər həlak olub, bir qadın yaralanıb.

Oxşar xəbərlər

Rusiya Ukraynanın beş vilayətinə zərbələr endirib: 7 ölü, 47 yaralı var
Rusiya Xarkov və Xersona hücum edib, ölənlər və yaralananlar var
Rusiya Ukraynanın bu şəhərlərini vurdu: ölənlər var
Rusiya Xarkov, Xerson və Sumını bombalayıb, 13 nəfər yaralanıb
Rusiyanın Ukraynanın üç vilayətinə hücumları nəticəsində 20 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər