Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib
Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılarla görüş keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, federasiyanın baş katibi Fərid Xəlilovun iştirakı ilə baş tutan yığıncaqda idmançıların son nailiyyətləri müzakirə olunub və qazandıqları yeni idman dərəcələri onlara təqdim edilib.
Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təsdiq olunmuş rəsmi idman dərəcələrini əks etdirən vəsiqələr öz sahiblərinə çatdırılıb.
Aliyə Əliyeva, Lalə Əbdürəhmanova və Dilguşə Sadıqovaya "İdman ustalığına namizəd" (İUN), Lalə İsmayılova, Sona Rüstəmli və Nurlan Rəhimliyə isə "I dərəcə" vəsiqələri təqdim olunub.
Görüş zamanı baş katib Fərid Xəlilov idmançıları əldə etdikləri uğurlar münasibətilə təbrik edərək, bu dərəcələrin onların peşəkar karyerasında mühüm mərhələ olduğunu vurğulayıb.
Bildirilib ki, idmançıların növbəti hədəfi daha yüksək pillə olan "İdman Ustası" dərəcəsinə yiyələnmək və beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etməkdir.
Oxşar xəbərlər
Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb
Fərid Qayıbov: Yaylagül Ramazanovaya baxan gənc qız və oğlanlarımız kamandan oxatma yarışlarına maraq göstərəcəklər
Federasiya prezidenti: Gələn il MDB ölkələri arasında kamandan oxatma yarışı Xankəndidə keçiriləcək
Fərid Qayıbov: 48 idmançı ilə ilk dəfə olaraq 15 idman növündə qatılırıq
Gənclər və İdman Nazirliyi 2024-ci ilin idman yekunlarına həsr olunmuş tədbir keçirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
