Məryəm Nəvaz Şərif: "Bakıda özümü yad ölkədə hiss etmirəm"
sizinxeber.az xəbər saytı

Məryəm Nəvaz Şərif: "Bakıda özümü yad ölkədə hiss etmirəm"


Prezidenti İlham Əliyevin dayanıqlı şəhərsalma sahəsindəki yanaşması, Bakının və bütövlükdə Azərbaycanın transformasiyası ilə əlaqədar planları ölkəni həqiqətən müasir, mükəmməl formada bir-birinə bağlı infrastrukturlara malik məkana çevirməyə istiqamətlənib.

"Report" xəbər verir ki, bunu Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif Bakıda keçirilən WUF13 çərçivəsində baş tutan Liderlər Sammitində çıxışında deyib.

"Mən burada, Bakıda olarkən özümü yad bir diyara gəlmiş kimi hiss etmirəm. Fəxr edirəm ki, xarici missiya çərçivəsində ilk səfərim məhz bu ölkəyə olub. Mən buraya - tərəqqi, dözümlülük və müasirliyin parlaq nümunəsini sərgiləyən Bakıya gəldim. Qeyd etmək istərdim ki, Pakistandakı Pəncab 130 milyondan artıq əhalisi olan əyalətdir. Mən atam, Pakistanın sabiq Baş naziri Məhəmməd Nəvaz Şərifin və hazırda vəzifədə olan Baş nazir Məhəmməd Şahbaz Şərifin salamlarını gətirmişəm", - M. Şərif bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib - YENİLƏNİB
Pəncabın Baş naziri: Azərbaycan Prezidentinin dayanıqlı inkişafla bağlı fikirlərini dinləmək ilhamverici oldu
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
Pakistanın Pəncab əyalətinin Baş naziri WUF13-də iştirak üçün Azərbaycana gəlib
Azərbaycan və Pakistan rəsmiləri ticarət və mədəniyyət sahəsində əməkdaşlığı müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər