Oleksiy Kuleba: Altı milyon ukraynalı öz evindən didərgin düşüb
sizinxeber.az xəbər saytı

Oleksiy Kuleba: Altı milyon ukraynalı öz evindən didərgin düşüb


Müharibə Ukraynada unikal bir vəziyyət yaradıb və bir çox sistemi dağıdıb.

"Report" xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu vəziyyətdə Ukrayna üçün bərpa prosesi əhəmiyyətli yerə malikdir.

"Dünyada bərpa müharibədən sonra başlayır, Ukrayna isə müharibə davam edə-edə bunu edir. Bərpa insanlardan başlayır".

Kuleba deyib ki, bütün dünyada yaşayış məskəni böhranı var, Ukrayna üçün isə müharibə səbəbindən bu daha böyükdür.

"Təqribən 40 faiz yaşayış fondu dağıdılıb. 6 milyon ukraynalı isə öz evindən didərgin düşüb. 41 minə yaxın çoxmərtəbəli bina dağıdılıb".

O. Kuleba hazırda Ukraynanın dünya üçün yeni qlobal yol göstərdiyini də deyib.

"Bir sözlə, biz şəhər müharibəyə və humanitar böhrana qarşı necə yaşaya bilər adı altında yeni model yaradırıq".

Oxşar xəbərlər

Gürcüstan parlamentinin spikeri: Kuleba nazirliyi tərk etdikdən sonra cəbhəyə getməlidir
Kuleba: Trampa Ukraynada ədalətli sülhün əldə edilməsi istiqamətində apardığı siyasətə görə minnətdarıq
Kuleba: Ukraynaya hərbi yardım bəzən uzun müddətə çatdırılır
Aleksey Kuleba və Marta Kos Ukraynanın Aİ-yə üzvlüyünü müzakirə ediblər
Kuleba: Vəziyyət indiki kimi davam edərsə, Ukrayna Rusiyaya məğlub olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər