WUF13 çərçivəsində Liderlər Sammiti başa çatıb
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Liderlər Sammiti başa çatıb.
"Sizinxeber.az" xəbər verir ki, tədbir üç saat davam edib.
"Liderlərin bugünkü sessiyası qlobal gündəlikdə şəhərlərin və şəhər mühitinin inkişafının artan əhəmiyyətini, eləcə də ən yüksək siyasi səviyyədə dialoqun dəyərini nümayiş etdirdi. Bu gün səsləndirilən baxışlar və öhdəliklər beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və daha dayanıqlı, dözümlü və inklüziv şəhər gələcəyinin formalaşdırılması üzrə kollektiv səylərin təşviqinə kömək edəcək.
Bütün dövlət və hökumət başçılarına, eləcə də bütün hörmətli iştirakçılara iştirakınıza və bu mühüm müzakirəyə verdiyiniz töhfəyə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Ümumdünya Şəhərsalma Forumu çərçivəsində liderlərin bu tarixi sessiyasına ev sahibliyi etmək Bakı üçün böyük şərəf idi. Bununla da mən Liderlər Sammitinin bağlandığını rəsmən elan etmək istərdim", - Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu (WUF) çərçivəsində Liderlər Sammiti ilk dəfə keçirilirdi. WUF13 çərçivəsində belə bir sammitin keçirilməsi təşəbbüsü Azərbaycana məxsus idi.
Oxşar xəbərlər
Anar Quliyev: "WUF13 beynəlxalq birlik üçün həlledici məqamda baş tutur"
WUF13 çərçivəsində keçirilən Liderlər sessiyası başa çatıb
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb
Bakıda WUF13-ün ikinci günü işinə başlayıb
WUF13-də 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
