Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb
"İdman həftəsi" çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.
"Report" xəbər verir ki, Azərbaycan İdman Akademiyasında təşkil edilən görüş Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Ardınca “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib. Daha sonra Fərid Qayıbov ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etdikləri üçün idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.
Ay ərzində beynəlxalq yarışlarda qazanılmış uğurları əks etdirən videoçarxlar nümayiş olunub. Atletika, batut gimnastikası, kişi idman gimnastikası, tamblinq, cüdo, güllə atıcılığı, sərbəst güləş, yunan-Roma güləşi, qadın güləşi, taekvondo, stolüstü tennis, parabadminton, savat assault, savat kombat, karate idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.
Oxşar xəbərlər
Fərid Qayıbov sentyabrda ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb
Fərid Qayıbov qitə və dünya çempionatlarında çıxış edən Azərbaycan idmançıları ilə görüşüb
Fərid Qayıbov qitə və dünya çempionatlarında uğur qazanmış Azərbaycan idmançıları ilə görüşüb
Fərid Qayıbov Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti ilə görüşüb
Fərid Qayıbov "Gənc idman liderləri" proqramının iştirakçıları ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













