sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Şəhid bacısı: Xanabad kəndinə qayıdacağımız günü çox arzuladıq
Xocalı rayonunun Xanabad kəndinin sakini, şəhid bacısı Nübar Cabbarova doğma yurda qayıdacaqları günü çox arzuladıqlarını deyib.
N. Cabbarova "Sizinxeber.az"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında məcburi köçkünlük dövründə doğma yurda qayıdacaqlarına inandıqlarını və bu arzu ilə yaşadıqlarını bildirib.
O, Xanabadı gənc yaşlarında tərk etdiyini vurğulayıb:
"Kənddən çıxanda gənc idim. Bu illər ərzində Bakıda 20 Yanvar metrosunun yaxınlığında yerləşən yataqxanada yaşadıq. Şəhid bacısıyam. Öz həyatları bahasına bu qüruru, sevinci bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, Prezidentimizə təşəkkürümü bildirirəm".
Oxşar xəbərlər
Xocalı sakini: Doğma yurda qayıtmaq qürurvericidir
Ballıca sakini: Doğma kəndimizə böyük fərəh hissi ilə qayıdırıq
Xocalı sakini: Yurd həsrətimizə son qoyulduğu üçün çox sevincliyik
Xocalı sakini: Doğma yurda qayıdışın doğurduğu hissləri sözlə ifadə etmək çətindir
Xanyurdu kənd sakini: Doğma yurduma qovuşacağım günü səbirsizliklə gözləyirdim
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
