Məcnun Məmmədov Qarabağdakı təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb
sizinxeber.az xəbər saytı

Məcnun Məmmədov Qarabağdakı təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb


Mayın 15-16-da Qarabağa səfər çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti bu iqtisadi rayonda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Görüşlərin əsas məqsədi işğaldan azad edilən ərazilərdə aqrar investisiya layihələrinin icra vəziyyətini yerində qiymətləndirmək, fermer və sahibkarlarla kənd təsərrüfatının gələcək inkişaf perspektivlərini müzakirə etmək və aqrar fəaliyyət ilə bağlı dəstək göstərmək olub.

İki günlük səfər zamanı nazir M.Məmmədov Xankəndi, Xocalı, Ağdam, Xocavənd və Füzuli rayonlarında fermer və sahibkarlara məxsus meyvə bağları, lavanda plantasiyaları, heyvandarlıq və əkinçilik təsərrüfatlarına, eləcə də şərab zavoduna baş çəkib, görülən işlərlə tanış olub. Səfər çərçivəsində işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi üzrə investisiya müsabiqəsinin qalibləri olan sahibkarlıq subyektlərinin bağçılıq və heyvandarlıq təsərrüfatlarına da baxış keçirilib.

Görüşlərdə işğaldan azad olunan ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafı, bu ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədi ilə sakinlərin istfadəsinə verilməsi, o cümlədən sahibkarlıq subyektlərinə icarəyə verilməsi məqsədilə investisiya müsabiqələri keçirilməsi, fermer və sahibkarlar tərəfindən layihələrin icra vəziyyəti, qarşıda duran vəzifələr, infrastruktur təminatı, suvarmanın təşkili, elektrik enerjisinin çəkilməsi, yol infrastrukturunun qurulması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Fermerlər kənd təsərrüfatının inkişafı ilə bağlı fikirlərini bölüşüb, aqrar sahənin inkişafı ilə təkliflər irəli sürüblər. Səfər zamanı fermer və sahibkarların səsləndirdiyi təkliflər qeydə alınıb, onları maraqlandıran suallar cavablandırılıb.

Nazir qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib, kənd təsərrüfatının inkişafı istiqamətində zəruri tədbirlərin davam etdiriləcəyini vurğulayıb.

Oxşar xəbərlər

Qarabağdakı aqrar təyinatlı torpaqların icarəyə verilməsi üzrə III investisiya müsabiqəsi elan edilib
Məcnun Məmmədov: "Azad edilmiş ərazilərdə investisiya layihələri üçün minimum 20 hektar torpaq sahəsi tələb olunur"
Nazir: "Ağalıda torpaqların icarəyə verilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsinə dəstək olacaq"
Məcnun Məmmədov Şuşada vətəndaşları qəbul edib
Qarabağ və Şərqi Zəngəzurda aqrar torpaqlar investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər