Pəncabın Baş naziri: Azərbaycan Prezidentinin dayanıqlı inkişafla bağlı fikirlərini dinləmək ilhamverici oldu
Prezident İlham Əliyevin dayanıqlı inkişaf və dayanıqlı şəhərlərlə bağlı fikirlərini dinləmək həqiqətən ilhamverici oldu.
APA xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Liderlər sessiyasında Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif bildirib.
“Müasir urban infrastrukturunu, inkişaf baxışını və qlobal bağlantıları əks etdirən, eyni zamanda qədim şəhəri ilə ortaq sivilizasiya əlaqələrini nümayiş etdirən Bakı şəhərində keçirilən Ümumdünya Şəhər Forumunun Liderlər Sammitinə qatılmaq mənim üçün böyük şərəfdir.
Bakının tarixi İçərişəhəri Pakistan və Azərbaycan arasında qədim ticarət yollarını və əsrlər boyu davam edən xalqlararası əlaqələri əks etdirir. Mən sizin yanınıza atam, Pakistanın keçmiş Baş naziri Nəvaz Şərifin, həmçinin Pakistanın Baş naziri Şahbaz Şərifin salamlarını və Pakistan xalqının sevgisini gətirmişəm. İlk növbədə, səmimi qonaqpərvərliyə və yüksək səviyyəli təşkilatçılığa görə Azərbaycan hökumətinə və Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirmək istəyirəm. Prezident İlham Əliyevin dayanıqlı inkişaf və dayanıqlı şəhərlərlə bağlı fikirlərini dinləmək həqiqətən ilhamverici oldu. Onun Bakını və bütövlükdə Azərbaycanı müasir, dinamik və qlobal əlaqələrə malik bir məkana çevirmək istiqamətində nümayiş etdirdiyi liderlik yüksək qiymətə layiqdir”, - Məryəm Nəvaz Şərif qeyd edib.
Pəncab əyalətinin Baş naziri qeyd edib ki, Pakistanın keçmiş Baş naziri Nəvaz Şərif və Azərbaycanın qurucu lideri Heydər Əliyev arasında qarşılıqlı etimad, hörmət və dərin dostluğa əsaslanan münasibətlər mövcud olub: “Onlar ruhən əsl qardaş idilər və bu dostluq əlaqələri bu gün də Pakistan-Azərbaycan münasibətlərinin gücünü müəyyən edir. Bu səbəbdən bu gün Bakıda dayanarkən mən özümü yad ölkədə hiss etmirəm. Mən öz evimə gəlmiş kimi hiss edirəm. Mənim üçün xüsusi qürurverici haldır ki, regiona ilk səfərim məhz dayanıqlılığı, transformasiyanı və inkişafı təcəssüm etdirən Bakı şəhərinədir”.
Oxşar xəbərlər
Anar Quliyev: Liderlər sessiyası şəhərlərin gələcəyinə dair ortaq baxış formalaşdıracaq
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib - YENİLƏNİB
WUF13 çərçivəsində keçirilən Liderlər sessiyası başa çatıb
WUF13-də Pəncabda şəhər və kəndlərlə bağlı həyata keçirilən layihələr açıqlanıb
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
