DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi WUF13-ün “Urban Expo” sərgisində pavilyonla təmsil olunur
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində açılışı olan “Urban Expo” sərgi məkanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi xüsusi pavilyonla təmsil olunur.
ƏƏSMN-dən Sizinxeber.az-ya verilən məlumata görə, "İnklüzivliyin və yaradıcılığın qovuşduğu məkan” mövzusunda təşkil edilmiş pavilyonda Mərkəzin təlimçi və benefisiarlarının müxtəlif istiqamətlər, o cümlədən dulusçuluq, bədii oyma, vitraj, təsviri incəsənət və digər yaradıcılıq sahələri üzrə hazırladıqları əl işləri nümayiş etdirilir.
Bildirilib ki, ziyarətçilərə Mərkəzin fəaliyyəti və xidmət istiqamətləri barədə məlumat verilir: "Ekspozisiyada yer alan və Azərbaycanın tarixi memarlıq abidələrinin təsvir olunduğu müxtəlif əl işlərinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ərsəyə gətirildiyi diqqətə çatdırılır. Pavilyonda quraşdırılmış monitorda həssas əhali qruplarına aid istedadlı şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən layihələrə dair videoçarx təqdim olunur. Sərgi iştirakçılarına DOST Agentliyi və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin xidmətləri, “Könüllü DOST” proqramı barədə Azərbaycan və ingilis dillərində maarifləndirici bukletlər paylanılır".
Qeyd edilib ki, mərkəzin pavilyonunda vitraj istiqaməti üzrə təşkil olunmuş master-klass tədbir iştirakçılarının marağına səbəb olub, qonaqlar yaradıcılıq prosesinə qoşularaq bu sahədə öz bacarıqlarını sınayıblar: "Sərgi müddətində Mərkəz üzvləri tərəfindən müxtəlif proqramların, o cümlədən digər təlim istiqamətləri üzrə master-klassların həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, 3,5 hektar ərazini əhatə edən “Urban Expo” sərgisi 66 ölkədən 217-dən çox təşkilatı bir araya gətirir. Sərgi hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr, beynəlxalq qurumlar və özəl sektor nümayəndələrinin WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında fikir mübadiləsi aparması, təşəbbüslər irəli sürməsi və tərəfdaşlıq əlaqələri qurması üçün dinamik platforma funksiyasını yerinə yetirir."
Oxşar xəbərlər
Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət ediblər
COP31-in prezidenti WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olub
Dəryagəldi Orazov “Urban Expo” sərgisində Azərbaycan pavilyonunu ziyarət edib
Leyla Əliyeva və Arzu Əliyeva COP29-da təqdim edilən inklüziv sərgi ilə tanış olublar - FOTO
“Urban Expo” sərgisində Meksika pavilyonunun açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
