Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
sizinxeber.az xəbər saytı

Xocalı və Şuşa sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib


Xocalının Almalı və Pirilər, Şuşanın Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib.

Bu barədə APA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, Dövlət Komitəsi tərəfindən doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri, o cümlədən vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri də ətraflı izah edilir. İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilir. Bununla əlaqədar olaraq, növbəti tədbir Xocalı rayonunun Almalı və Pirlər, Şuşanın rayonunun isə Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə köçürülən ailələr arasında keçirilib. Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi məsələləri və vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslərin üç il müddəti başa çatdıqdan sonra dayandırılacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün nümayiş etdirilib.

Qeyd edilən video çarxlar, mediada mütəmadi olaraq yayımlanır. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tədbirlər planına uyğun olaraq aidiyyəti şöbə, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri tərəfindən məcburi köçkünlərlə qanunvericiliyin tələbləri barədə maarifləndirici görüşlər keçirilir, sosial müdafiə tədbirlərinə dair məlumat kitabçaları və broşürlər hazırlanaraq məcburi köçkünlərə təqdim olunur, videoçarxlar çəkilir.

Oxşar xəbərlər

Həsənriz kəndinə köçürülən ailələr mina təhlükəsi ilə bağlı maarifləndirilib
52 ailə Ağdərənin Vəngli və Kolatağ kəndlərinə köçürüləcək
Xocavənd şəhəri və Qırmızı Bazar qəsəbə sakinləri sosial müdafiə tədbirləri ilə maarifləndirilib
“Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib
Ağdərənin Vəngli və Kolatağ kəndlərinə 52 ailə köçürələcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər