Polşada ötən il su resurslarına qarşı 95 kiberhücum olub
Ötən il Polşada su resurslarına qarşı 95 kiberhücum qeydə alınıb.
"Report" xəbər verir ki, bunu Polşanın Adam Mitskeviç Universitetinin professoru Tsezari Madri Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin sürətləndirilməsi üçün Dayanıqlı Mənzil Maliyyələşdirilməsinin Regional Perspektivləri" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, su resursları təkcə təbii ehtiyat deyil, həm də beynəlxalq münaqişələrdə silah kimi istifadə olunur.
"Polşada adambaşına düşən su ehtiyatları Avropada ən az olanlardan biridir "Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi təhlükəsizlik səviyyəsi 1,7 min kubmetrdir, Polşada isə adambaşına 1,3-1,6 min kubmetr su düşür. Ölkənin şimal və cənubunda vəziyyət qənaətbəxş olsa da, mərkəzi bölgələrdə ciddi çətinliklər mövcuddur", - deyə o qeyd edib.
Qonaq suyun hərbi və siyasi münaqişələrdə mühüm rol oynadığını vurğulayıb: "Su Orta Əsrlərdə olduğu kimi, hazırda da silahdır. Müasir dövrdə su resursları beynəlxalq münaqişələrdə təzyiq və sabitliyi pozma aləti kimi çıxış edir. Bu baxımdan suya çıxışın idarə olunması kritik əhəmiyyət kəsb edir. Amma hazırda görürük ki, su resursları beynəlxalq münaqişələrdə bir silahdır. Beləliklə, su təzyiq və sabitliyi pozma alətidir. Altı günlük müharibə, Suriya vətəndaş müharibəsi, Rusiyanın Ukraynaya müdaxiləsi, İraq müharibəsi orada su bir problem idi. Məsələn, iki il əvvəl Rusiyanın Nova Kaxovka su anbarını dağıtması Dnepr çayı üzərindəki böyük gölün yox olmasına və yaxınlıqdakı atom elektrik stansiyası üçün ciddi təhlükəyə səbəb olub".
Oxşar xəbərlər
İstanbul Texniki Universitetinin professoru: "Türkiyədə su böhranı dərinləşir"
IWMI: Mərkəzi Asiyada su təhlükəsizliyi üçün ciddi çağırışlar yaranmaqdadır
Hindistan WUF13-də dayanıqlı şəhər inkişafı strategiyasını təqdim etmək niyyətindədir
Azərbaycanın Olimpiya mükafatçısı Polşada keçirilən turnirdə qızıl medal qazanıb
“Neftçi” Polşada ilk yoxlama matçını keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
