“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı icra edilib - VİDEO
sizinxeber.az xəbər saytı

“EFES-2026” təlimində gəminin ələ keçirilməsi tapşırığı icra edilib - VİDEO


Türkiyədə keçirilən “EFES-2026” çoxmillətli birgə təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib.

Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, əməliyyat planına uyğun olaraq, iştirakçı ölkələrin hava-desant bölmələri şərti düşmən gəmisinin ələ keçirilməsi tapşırığını icra ediblər.

Hücum helikopterləri ilə hədəfə yaxınlaşan qruplar, qısa müddət ərzində gəminin göyərtəsinə eniş həyata keçiriblər.

Yüksək peşəkarlıq və koordinasiya ilə icra edilən əməliyyat nəticəsində gəmi tam nəzarətə götürülüb, ekipaj üzvləri zərərsizləşdirilib və təhlükəsizlik tədbirləri təmin edilib.

Oxşar xəbərlər

“EFES - 2026” təlimində növbəti tapşırıqlar icra olunub
Azərbaycanın döyüş təyyarələri “Anadolu Ankası – 2026” təlimində tapşırıqları icra edib- VİDEO
Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri paraşüt hazırlığı tapşırıqlarını icra ediblər - VİDEO
“EFES - 2026” təlimində axtarış və dağçılıq hazırlığı məşqləri keçirilib - VİDEO
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər