Qarabağda "ağıllı şəhər" modeli əsasında bələdiyyələr formalaşdırılacaq
İşğaldan azad olunmuş ərazilərdə yeni idarəetmə modelinin qurulması çərçivəsində gələcəkdə bələdiyyələrin fəaliyyəti də "ağıllı şəhər" konsepsiyası əsasında təşkil olunacaq.
"Report" xəbər verir ki, bunu Prezident yanında İdarəçilik Akademiyasının müəllimi Xalidə Məlikova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Region Bələdiyyələrin Urbanizasiyası Forumu"nda deyib.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində gələcəkdə bələdiyyə institutunun formalaşdırılması mühüm istiqamətlərdən biri hesab edilir.
"Həmin ərazilərdə fəaliyyət göstərəcək bələdiyyələrin əsas məqsədi yerli əhalinin sosial problemlərinin həllinə dəstək olmaq, daha operativ və səmərəli xidmətlər təqdim etmək, infrastruktur layihələrini yeni formatda həyata keçirmək və bölgənin dayanıqlı inkişafını təmin etmək olacaq. İşğaldan azad olunmuş ərazilərdə tətbiq edilən "ağıllı şəhər" və "ağıllı kənd" yanaşmaları gələcək yerli idarəetmə modelinin formalaşmasına da təsir göstərəcək".
Oxşar xəbərlər
Azad edilən ərazilərdə yaradılacaq bələdiyyələrin sayı açıqlanıb
WUF13 çərçivəsində Liderlər Sammiti başa çatıb
WUF13-də qeydiyyatdan keçən ölkələrin sayı 176-ya çatıb
Elçin Babayev: "Azərbaycan şəhər inkişafının yeni modelini formalaşdırır"
Bahar Muradova: "WUF13 Azərbaycan üçün yeni mərhələdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
