Orazov: WUF13-dən şəhərsalma və urbanistika sahəsində yeni təşəbbüslər gözləyirik
sizinxeber.az xəbər saytı

Orazov: WUF13-dən şəhərsalma və urbanistika sahəsində yeni təşəbbüslər gözləyirik


Türkmənistan ümid edir ki, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) şəhərsalma və urbanistika sahəsində təşəbbüslərin inkişafı üçün yeni imkanlar açacaq.

"Report" xəbər verir ki, bu barədə Türkmənistan Prezidentinin yanında Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov WUF13 çərçivəsində Liderlər Sammitində çıxışı zamanı bildirib.

"BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı və Azərbaycan hökumətinin dəstəyi ilə keçirilən davamlı urbanizasiya üzrə aparıcı qlobal konfrans olan WUF13-ün başlaması münasibətilə təbrik edirik. Foruma uğurlu iş arzulayırıq. Bu gün şəhərlər sürətlə inkişaf edən dünya iqtisadiyyatının əsas mərkəzləridir. Onların inkişafının əsas proseslərindən biri urbanizasiyadır. O (urbanizasiya - red.), şəhərləri insanları, məkanı və texnologiyaları birləşdirən mürəkkəb sistemlər kimi nəzərdən keçirir. Urbanistika müxtəlif sahələrdən (memarlıq, şəhərsalma, sosiologiya, iqtisadiyyat, ekologiya və coğrafiya) olan bilikləri inteqrasiya edir. Bütövlükdə bu, müasir dünyanın əsas proseslərindən biridir", - o qeyd edib.

D.Orazov vurğulayıb ki, ekoloji yanaşma və qlobal çağırışların həlli olmadan şəhərlərin davamlı inkişafı qeyri-mümkündür.

O, həmçinin ənənəvi qonaqpərvərliyə və səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

D.Orazov həmçinin vurğulayıb ki, Arkadağ şəhəri nisbətən yaxın vaxtlarda salınıb və artıq özünü "ağıllı, ekoloji cəhətdən təmiz və təhlükəsiz şəhər" kimi təsdiqləyib:

"Yeni müasir şəhərin yaradılması ideyası türkmən xalqının milli liderinə məxsusdur. Onun rəhbərliyi altında ərazinin təbii xüsusiyyətləri nəzərə alınmaqla şəhərin baş planı işlənib hazırlanıb. Layihələndirmə zamanı iqlim şəraiti, seysmik aktivlik, mühəndis infrastrukturunun və "yaşıl zonalar"ın mövcudluğu - regionun ekoloji balansının qorunmasına kömək edən bütün amillər nəzərə alınıb. Tikinti zamanı "təhlükəsiz, yaşıl və ağıllı şəhər" konsepsiyasının həyata keçirilməsinə xüsusi diqqət yetirilib. "Ağıllı şəhər" konsepsiyası şəhər xidmətlərinin vahid idarəetmə sistemini formalaşdıran və əhalinin həyat keyfiyyətini yüksəldən müasir informasiya-kommunikasiya texnologiyalarının inteqrasiyasına əsaslanır".

Oxşar xəbərlər

Sin Li: Çin Azərbaycanla urbanistika sahəsində əməkdaşlıq üçün potensial görür
Alibek Amanbay: Qazaxıstan WUF13-də Bakının urbanistika sahəsindəki təcrübəsini öyrənir - EKSKLÜZİV
Astana və Bakı urbanistika sahəsində əməkdaşlıq haqqında memorandum imzalayacaq - EKSKLÜZİV
Çinin Şəhərsalma Planlaşdırması Cəmiyyəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır
WUF13-də qeydiyyatdan keçənlərin sayı 20 minə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər