Federasiya prezidenti: Gələn il MDB ölkələri arasında kamandan oxatma yarışı Xankəndidə keçiriləcək
Gələn il MDB ölkələri arasında kamandan oxatma yarışı Xankəndidə keçiriləcək.
"Report" xəbər verir ki, bunu Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev deyib.
Avropa Oyunları Parkında start götürən kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılışı sonrası jurnalistlərin suallarını cavablandıran qurum rəhbəri ölkəmizdə klubların sayının artırılması yönündə işlərin getdiyini söyləyib:
"Əsas məqsədimiz idman növünü yaşatmaq və daha da inkişaf etdirməkdir. İdmançılarımızın daha yaxşı nəticə göstərə bilmələri üçün hər şəraiti yaratmağa çalışırıq. Bəlkə də kamandan oxatma bu gün ola biləcək ən yaxşı səviyyədə deyil, amma çox böyük potensial var. Yeni klubların sayının artmasını istəyirik. Tək Bakıda yox, regionlarda da inkişafa nail olmaq istəyirik. Bu məqsədlə gələn il MDB ölkələri arasında kamandan oxatma yarışı Xankəndidə keçiriləcək. İşğaldan azad olunmuş torpağımıza bu idman növünün gəlişi simvolikdir".
Oxşar xəbərlər
Fərid Qayıbov: Yaylagül Ramazanovaya baxan gənc qız və oğlanlarımız kamandan oxatma yarışlarına maraq göstərəcəklər
Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib
Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
