Kreml: Putin və Trampın Çinə səfərləri arasında heç bir əlaqə yoxdur
Rusiya Prezidenti Vladimir Putinin Çinə səfərinin tarixləri fevral ayında razılaşdırılıb və Donald Trampın səfəri ilə heç bir şəkildə əlaqəli deyil.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
O, Vladimir Putin və Çin lideri Si Cinpinin bu il daha üç dəfə görüşəcəklərini qeyd edib.
Uşakovun sözlərinə görə, liderlər Bişkekdə keçiriləcək ŞƏT sammitində, Yeni Dehlidə keçiriləcək BRICS sammitində və Şençjendə keçiriləcək APEC sammitində görüşəcəklər.
Rusiya Prezidentinin köməkçisi deyib ki, Putin 19 may axşamı Pekinə səfər edəcək və onu Çinin xarici işlər naziri Van İ qarşılayacaq.
Kremlin rəsmisi vurğulayıb ki, Putin 12-13 sentyabr tarixlərində Yeni Dehlidə keçiriləcək BRICS sammitində iştirak edəcək.
Oxşar xəbərlər
Rəsmi Moskva: Putin və Tramp arasında görüş razılaşdırılıb
Putin Braziliyada keçiriləcək G20 sammitinə iştirakla bağlı hələ qərar verməyib
Putin Pezeşkianla Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək
Pezeşkian BRICS sammitində iştirak edəcək
Kreml: Putinin Pekinə, Cinpinin Moskvaya səfərlərinə hazırlıq gedir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
